Sizin reklam burada
Sizin reklam burada
  • Lənkəranda bıçaqla ehtiyatsız davranan yeniyetmə xəsarət alıb

    Lənkəran rayonunda 13 yaşlı yeniyetmə kəsici-deşici alətlə boğaz nahiyəsindən xəsarət alıb.

    Hadisə Darquba kəndində qeydə alınıb. Kənd sakini, 2013-cü il təvəllüdlü F.A boğaz nahiyəsindən xəsarət alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə çatdırılıb.

    Yeniyetməyə boyun nahiyəsinin açıq yarası diaqnozu qoyulub və zəruri ilkin tibbi yardım göstərilib.

    İlkin məlumata görə, hadisə yeniyetmənin evdə uzanmış vəziyyətdə bıçaqla meyvə doğradığı zaman ehtiyatsız davranması nəticəsində baş verib.

    Faktla bağlı araşdırma aparılır.




    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ