Milli Məclisin iclasında deputat Məşhur Məmmədov kənd təsərrüfatı sahəsində çalışan fermerlərin üzərinə əlavə maliyyə yükü qoyulmasının yolverilməz nəticələrə səbəb ola biləcəyinə diqqət çəkib.
Deputat parlamentdə çıxışı zamanı fermerlərin mühasibat uçotu ilə bağlı nəzərdə tutulan tələblərin real imkanlar və mövcud şərait nəzərə alınmaqla müəyyənləşdirilməsinin vacibliyini vurğulayıb.
O bildirib ki, 2024-cü ildə Azərbaycanda 386 minə yaxın fermerə kənd təsərrüfatı subsidiyası ödənilib, torpaq sahiblərinin sayı isə 600 mini ötüb. Mövcud yanaşmaya əsasən, 384 min fermerdən hər birinin ildə 40 manat ödəməsi nəzərdə tutulur.
Deputatın fikrincə, məsələ yalnız 40 manatlıq ödənişlə bitmir. Mühasibat uçotunun təşkili fermerlərdən əlavə işçi qüvvəsi cəlb etməyi və daha böyük maliyyə vəsaiti xərcləməyi tələb edə bilər. Xüsusilə regionlarda bu sahə üzrə mütəxəssis tapmaq da fermerlər üçün ciddi çətinlik yarada bilər.
Məşhur Məmmədov hesab edir ki, qanunvericilikdə nəzərdə tutulan hər bir yenilik ilk növbədə onun vətəndaşlara və sahibkarlara yaradacağı real yük baxımından qiymətləndirilməlidir. Məqsəd fermerlərin işini asanlaşdırmaq olmalı, onların üzərinə əlavə və ağır öhdəliklər qoyulmamalıdır.
Deputatın diqqətə çatdırdığı mühüm məqamlardan biri də bu tələblərin son nəticədə istehlakçılara təsiridir. Belə ki, mühasibat uçotuna görə fermerlərin çəkəcəyi əlavə xərclər istehsal xərclərinin artmasına, bunun da kənd təsərrüfatı məhsullarının qiymətlərində bahalaşmaya səbəb olmasına gətirib çıxara bilər:
"Əslində, aqrar sahədə qəbul edilən qərarlar yalnız büdcə gəlirləri və inzibati tələblər baxımından deyil, fermerlərin gündəlik fəaliyyəti və əhalinin ərzaq təminatına təsiri baxımından da dəyərləndirilməlidir.
Fermerin yükünü artırmaq deyil, onun fəaliyyətini stimullaşdırmaq lazımdır. Çünki kənd təsərrüfatında yaranan hər əlavə xərc sonda həm istehsalçıya, həm də sadə istehlakçıya təsir edir".
Deputat Məşhur Məmmədov fermerlərin müdafiəsinə yönələn təkliflə çıxış etdi
Siyasət
- Bugün, 17:14
- 3
- Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ
-
19:28
Ukrayna Ali Radasının nümayəndə heyəti ilə görüş keçirilib
-
19:20
İBRAHİM CƏFƏROV - Elmə, torpağa və aqrar inkişafın tərəqqisinə həsr olunmuş ömür
-
17:51
Saatlı rayonunda kənd təsərrüfatının və emal sahələrinin inkişafı üzrə layihələrə baxış keçirilib, Dövlət Proqramından irəli gələn məsələlər müzakirə olunub
-
17:26
Milli Məclisin plenar iclasında 2027-ci ilin büdcə zərfinə daxil olan qanun layihələrinin birinci oxunuşda müzakirəsi başa çatıb
-
17:14
Deputat Məşhur Məmmədov fermerlərin müdafiəsinə yönələn təkliflə çıxış etdi
-
16:46
Müasir Ağdam: şanlı Zəfərin rəmzi, Böyük Qayıdışın ünvanı
-
16:40
NATO PA-nın sessiyasında
-
16:35
Arzu Nağıyev: Müdafiə və milli təhlükəsizlik xərclərində əsas məsələ vəsaitlərin səmərəli istifadəsidir
-
16:33
Ağdam şəhəri günü: Azərbaycanın tarixi Zəfərinin təcəssümü
-
14:30
Yeni Azərbaycan Partiyasının yaranması: tarixi şərait və siayasi zərurət
-
14:28
Ulu Öndərin siyasəti yaşayır və inkişaf edir
-
13:16
Ağdam tarixi zəfərin və milli dirçəlişin rəmzidir
-
13:14
2027-ci il Dövlət Büdcəsində Dayanıqlı İnkişaf Məqsədləri hədəflənmişdir
-
12:18
Salyanda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub
-
12:17
Lənkəranda bıçaqla ehtiyatsız davranan yeniyetmə xəsarət alıb
-
12:16
Yohan David Vadeful: Azərbaycanın enerji təchizatına verdiyi dəstək Avropada sabitliyin qorunmasına töhfədir
-
12:15
Nazir: Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün yekun addımlar atılmalıdır
-
12:14
Böhran Almaniyanın iri avtomobil istehsalçılarından yan keçməyib
-
12:13
Azərbaycan və Özbəkistan mərkəzi bankları təcrübə mübadiləsi aparıb
-
12:12
Neft, neft-kimya və təbii qaz sənayesində keyfiyyətin idarə edilməsi sahəsində yeni dövlət standartı qəbul olunub
-
12:11
NİİM-dən sürücülərə xəbərdarlıq: Operativ nəqliyyat vasitələrinin arxasınca düşmək qəza riskini artırır
