![]()
Əmək Məcəlləsində və “Aviasiya haqqında” Qanuna dəyişikliklər edilməsi təklif edilir.
Bu barədə məsələ Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sentyabrın 14-də keçirilən iclasında müzakirəyə çıxarılıb.
Təqdim edilən qanun layihəsi Əmək Məcəlləsinin IV və V bölmələrində müəyyən edilmiş ümumi normaların aviasiya sahəsinə tətbiqini istisna edilməsi və ayrıca maddələr ilə tənzimlənməsi məqsədini daşıyır.
Sənədin qəbul edilməsi ilə əlaqədar Nazirlər Kabineti tərəfindən təyyarə üçün kommersiya hava daşımalarını həyata keçirən hava gəmisi heyətinin yorğunluğunun idarəedilməsi ilə əlaqədar uçuş vaxtı, iş vaxtı və istirahət vaxtının tənzimlənməsinə dair qaydaların təsdiq edilməsi gözlənilir.
Qanun layihəsinə təklif edilən dəyişikliklər birinci oxunuşda səsə qoyularaq Milli Məclisin plenar iclasına tövsiyə edilib.
