![]()
“Lions de Geneve” yaxşı və gənc komandadır. Enerjiləri yüksəkdir, aqressiv oynayırlar. Bizim üçün müntəzəm mövsümdə maraqlı və əyləncəli açılış oyunu olacaq.
Bu sözləri “LANDAU Lions”un amerikalı basketbolçusu Ceyms Freyzer FIBA Avropa Kubokunun G qrupunda İsveçrənin “Lions de Geneve” klubuna qarşı keçirəcəkləri oyun barədə danışan deyib.
O bildirib ki, rəqib komanda oyun üslubuna görə təmsil etdikləri komandaya bənzəyir: “Onlar bizim kimi oynayırlar. Sürətli tempdə çıxış edir və hücumları əsasən müdafiəçilərin üzərindən qururlar. Düşünürəm ki, yaxşı oyun olacaq. Şanslarımızı yüksək qiymətləndirirəm. Qələbə üçün yaxşı imkanlarımız var”.
Qeyd edək ki, Bakı İdman Sarayında keçiriləcək “LANDAU Lions” - “Lions de Geneve” görüşü saat 19:00-da start götürəcək.
