![]()
Rusiya ordusunun Ukraynanın paytaxtı Kiyevə endirdiyi raket zərbələri nəticəsində Darnitski rayonunda azı 2 nəfər həlak olub.
Bu barədə Kiyev Şəhər Hərbi Administrasiyasına istinadən məlumat yayıb.
Gecə ərzində Kiyev bir neçə dəfə ballistik raketlərlə vurulub. Hava zərbələri nəticəsində Obolon, Podol və Şevçenkivski rayonlarında dağıntılar qeydə alınıb. Rusiya ordusu bu gecə, həmçinin Poltova vilayətinə, Kremençuk şəhərinə, Çerniqov vilayətinə raket və dron zərbələri endirib. Yaşayış binalarında dağıntılar qeydə alınıb.
