Sizin reklam burada
Sizin reklam burada
  • Keniyada Ebola virusuna ilk yoluxma və ölüm halı qeydə alınıb

    Keniyada Ebola virusuna ilk təsdiqlənmiş yoluxma və xəstəlikdən birinci ölüm halı qeydə alınıb.

     Keniyanın səhiyyə naziri Adən Dualın sözlərinə görə, ölən şəxs son vaxtlar Konqo Demokratik Respublikasından ölkəyə qayıdıb. Həmin şəxs son yeddi il ərzində Konqo Demokratik Respublikasında yaşayıb və təxminən bir ay əvvəl Ebola virusuna yoluxub.

    Xəstə müxtəlif tibb müəssisələrində müalicə aldıqdan sonra quru yolu ilə Uqandanın paytaxtı Kampalaya gedib. Daha sonra təyyarə ilə Keniyanın paytaxtı Nayrobiyə yollanıb.

    Keniyanın səhiyyə orqanları virusun yayılmasının qarşısını almaq məqsədilə təcili tədbirlər həyata keçirir. Yoluxmuş şəxslə təmasda olan insanların müəyyənləşdirilməsi və izlənilməsi istiqamətində işlərə başlanılıb.

    Bununla yanaşı, yeni yoluxma hallarının ortaya çıxması ehtimalına qarşı ölkənin sərhəd-keçid məntəqələrində nəzarət və hazırlıq səviyyəsi artırılıb.




    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ