Sizin reklam burada
Sizin reklam burada
  • Azərbaycan Kubokunda yeni mövsümə start verilir

    Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2026/2027-ci illər mövsümünə start veriləcək.

     I təsnifat mərhələsinin ilk oyun günündə iki qarşılaşma keçiriləcək.

    Açılış matçında “Qaradağ Lökbatan” “Şəki” ilə üz-üzə gələcək. Lökbatan Olimpiya İdman Kompleksinin stadionunda təşkil olunacaq görüş saat 14:30-da başlayacaq. Eyni saatda “Şəmkir” Şirvan Olimpiya İdman Kompleksinin stadionunda “Ağstafa Gəncləri”ni qəbul edəcək.

    Qeyd edək ki, I təsnifat mərhələsinin digər oyunları oktyabrın 8-9-da baş tutacaq.




    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ