Sizin reklam burada
Sizin reklam burada
  • Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb


    Bakıda keçirilən üzgüçülük üzrə Dünya Kubokunda 2-ci yarış gününə yekun vurulub.

    AZƏRTAC xəbər verir ki, ikinci yarış günündə 10 kateqoriya üzrə final yarışları keçirilib.

    Günün əsas hadisəsinə Rusiya təmsilçisi Yeqor Kornev imza atıb. O, 100 metr məsafəyə sərbəst üsulla yarışda 44,84 saniyəlik göstərici ilə dünya rekordçusu Kayl Çalmersin nəticəsinə ortaq olub.

    Kornev bununla yanaşı, 50 metr məsafəyə arxası üstə üsulu ilə yarışda 22,23 saniyəlik göstərici ilə Dünya Kubokunun rekordunu yeniləyib.

    Azərbaycan təmsilçilərindən Fatimə Alkərəmova həlledici mərhələdə çıxış edib. O, 400 metr məsafəyə qarışıq üsulla yarışda qüvvəsini sınayıb və 7-ci olub.

    İkinci günün final seansının nəticələri:

    Kişilər

    Arxası üstə üsulla 50 metr – 1.Yeqor Kornev, 2.Pavel Samusenko, 3.Piter Kutsi

    Qarışıq üsulla 200 metr – 1.Luk Barr, 2.Alberto Rassetti, 3.Finley Noks

    Brass üsulu ilə 50 metr – 1.Hayyanq Çin, 2.Maykl Huli, 3.Kirill Priqoda

    Sərbəst üsulla 100 metr – 1.Yeqor Kornev, 2.Kemeron Makevoy, 3.Vasili Kukuşkin

    Kəpənək üsulu ilə 200 metr – 1.Cuner Çen, 2.So Oqata, 3.Alberto Rassetti

    Qadınlar

    Qarışıq üsulla 400 metr – 1.Yitinq Yu, 2.Ebi Vud, 3.Mohan Çanq

    Sərbəst üsulla 200 metr – 1.Şivon Hohey, 2.Anna Peplovski, 3.Yaqi Fan

    Arxası üstə üsulla 100 metr – 1.Marit Stenberxen, 2.Teylor Rak, 3.Anna Peplovski

    Kəpənək üsulu ilə 50 metr – 1.Ros Vanotterdayk, 2.Sara Yunevik, 3.Arina Surkova

    Brass üsulu ilə 100 metr – 1.Mona Makşeri, 2.Yevgeniya Çikunova, 3.Eymi Kenni

    Dünya Kuboku oktyabrın 1-3-də 44 ölkədən 216 idmançının iştirakı ilə Bakı Su İdmanı Sarayında keçirilir. Biletləri “iTicket.az” platformasında və şəhərin kassalarında əldə etmək mümkündür.

    Azərbaycanı yarışda 15 idmançı təmsil edir. Bunlar Ramil Vəlizadə, Abdurrəhman Rüstəmov, Səid Həmidov, Süleyman İsmayılzadə, Oqtay Hüseynov, Fərhad Şirməmmədli, Ramal Sadiqli, Amin Oruclu, Fatimə Alkərəmova, Məryəm Cavadova, Anastasiya Boborıkina, Anastasiya Qnusina, Mehri Abdurəhmanlı, Vlastilina Xasyanova və Yeqor Maynitskidir.

    Dünya Kubokunun Bakı mərhələsinə oktyabrın 3-də yekun vurulacaq.


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ