![]()
Futbol üzrə Azərbaycan milli komandası bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində ikinci oyununa çıxacaq.
D Divizionunda yer alan Ayxan Abbasovun başçılıq etdiyi kollektiv II turda Lixtenşteyn yığması ilə qarşılaşacaq. Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 20:00-da başlayacaq.
Qarşılaşmanı Avstriyadan olan hakimlər briqadası idarə edəcək.
Qeyd edək ki, Azərbaycan millisi qrupdakı ilk matçında səfərdə Litva ilə 1:1 hesablı heç-heçə edib.
