Sizin reklam burada
Sizin reklam burada
  • “Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri təşkil edib


    “Neftçi” İdman Klubunun təşkilatçılığı ilə 27 Sentyabr – Anım Gününə həsr olunmuş cüdo üzrə turnir keçirilib.

    Klubdan bildirilib ki, Sumqayıt Təlim-İdman Zalında gerçəkləşən yarışda 2015-2016-cı illər təvəllüdlü 100-ə yaxın idmançı 7 çəki dərəcəsi üzrə medallar uğrunda mübarizə aparıb.

    Yarışın əsas məqsədi Vətən müharibəsi şəhidlərinin əziz xatirəsini yad etmək, onların qəhrəmanlıq irsini gənc nəslə aşılamaq və yeniyetmələrdə vətənpərvərlik ruhunu gücləndirməkdir. Eyni zamanda, turnir istedadlı və perspektivli idmançıları aşkar edərək, klubun seleksiya qruplarına cəlb etmək, onların fiziki hazırlığını yoxlamaq və yarış təcrübəsini artırmaq məqsədi daşıyır.

    Turnirə start verilməmişdən öncə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Dövlət Himni səsləndirilib.

    Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışın yekununda bütün çəki dərəcələri üzrə qaliblər müəyyənləşiblər. Mükafatçılara “Neftçi” İdman Klubu tərəfindən diplom, medal və xatirə hədiyyələri təqdim olunub.

    Qeyd edək ki, turnirdə şəhid ailələrinin üzvləri də fəxri qonaq qismində iştirak ediblər. Qalib idmançıların mükafatlandırılması mərasimi isə xüsusilə yaddaqalan olub. Mükafatları qaliblərə klubun icraçı direktoru Fərəc Əliyev, qurumun digər rəsmiləri və şəhid ailələrinin üzvləri birlikdə təqdim ediblər.

    Medal qazanan cüdoçuların siyahısı:

    27 kiloqramda:

    1.Hacılı Mustafa

    2.Əliyev Yusif

    3.Şeydayev Hüseyn

    3.Kələntərov Yusif

    30 kiloqramda:

    1.Həsənli Mustafa

    2.Kələntərov Mustafa

    3.Vəlizadə Afiq

    3.Kərimli Yusif

    34 kiloqramda:

    1.Ramazanov Həmid

    2.Həsənzadə İbrahim

    3.Əliyev Murad

    3.Musayev Hamza

    38 kiloqramda:

    1.Məmmədov Rəsul

    2.Allahyarov Hüseyn

    3.Seyidov Mirəsəd

    3.Cəfərli Mübariz

    42 kiloqramda:

    1.Fəttahlı Yunis

    2.Ağazadə Məhəmməd

    3.Məmmədov Nihat

    3.Mərdanov Həbib

    46 kiloqramda:

    1.Dadaşzadə Tofiq

    2.Qurbanlı Elmir

    3.Rzayev Əli

    3.Ağazadə Raul

    +46 kiloqramda:

    1.Əlizadə Murad

    2.Qədəsiyev Rəsul

    3.Quluzadə Nizami

    3.Cəfərov Ayxan


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ