21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
Rəşad Eyubovun başçılıq etdiyi komanda Bakıda Çexiya yığması ilə qarşılaşıb.
"Bank Respublika Arena"da təşkil olunan görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.
Görüşdə hesabı qonaqların heyətində Filip Lissa açsa da, millimizin futbolçusu Eşqin Əhmədov bərabərlik qolunu vuraraq yekun hesabı müəyyənləşdirib.
Qeyd edək ki, Azərbaycanın U-21 millisi B qrupunda növbəti oyunlarını sentyabrın 30-da səfərdə Şotlandiyaya, oktyabrın 6-da isə evdə Cəbəllütariqə qarşı keçirəcək.
