Sizin reklam burada
Sizin reklam burada
  • Boksçularımız Avropa çempionatını rekord sayda medalla başa vurublar


    Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub. Komandamızın heyətində Sübhan Mamedovun (50 kiloqram) ardınca Səidcəmşid Cəfərov da yarışın qızıl medalını qazanıb.

    Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, 75 kiloqram çəki dərəcəsində mübarizə aparan milli üzvü finalda İsmayıl Mutsolqovu (Rusiya) məğlub edib - 5:0 (29:28, 29:28, 29:28, 29:28, 29:28).

    Bununla da Azərbaycan millisi 43 ölkədən 406 boksçunun qatıldığı Avropa çempionatını rekord sayda - 5 medalla başa vurub. Baş məşqçi Ravşan Xocayevin rəhbərlik etdiyi komandamız 2 qızıl, 1 gümüş və 2 bürünc mükafata sahib olub.

    Qeyd edək ki, Avropa çempionatında Cəfərovdan öncə Sübhan Mamedov (50 kiloqram) da fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Nəbi İsgəndərov (70 kiloqram) gümüş, Amin Məmmədzadə (55 kiloqram) və Məhəmməd Abdullayev (+90 kiloqram) bürünc medal qazanıblar.


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ