Sizin reklam burada
Sizin reklam burada
  • Azərbaycan şahmatçıları Olimpiadada Ermənistan və Çexiya ilə qarşılaşacaqlar

    Özbəkistanın Səmərqənd şəhərində təşkil olunan 46-cı Ümumdünya Şahmat Olimpiadasında Azərbaycan yığmaları bu gün növbəti görüşlərini keçirəcəklər.

    Kişilərdən ibarət komanda IX turda Ermənistanla üz-üzə gələcək. Qadınlar isə Çexiyadan olan rəqibləri ilə qarşılaşacaqlar. 8 turdan sonra kişilərdən ibarət kollektiv 13 xalla 5-ci, qadınlardan ibarət yığma isə 11 xalla 21-ci pillədə qərarlaşıb.

    Qeyd edək ki, İsveçrə sistemi üzrə keçirilən Ümumdünya Şahmat Olimpiadası 11 turdan ibarətdir və sentyabrın 27-də başa çatacaq. Olimpiadada 208 komandanın heyətində 1032 şahmatçı iştirak edir.


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ