Sizin reklam burada
Sizin reklam burada
  • “Neftçi” Azərbaycan çempionatlarındakı 1000-ci oyununda qələbə qazanıb

    Futbol üzrə Azərbaycan Premyer Liqasında VI tura start verilib.

    Açılış oyununda “Neftçi” səfərdə “Qəbələ” ilə qarşılaşıb. Qəbələ şəhər stadionunda keçirilən görüş qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

    Qolları 25-ci dəqiqədə Breno Almeyda, 86-cı dəqiqədə Adeleke Akinyemi və 90+2-ci dəqiqədə Lyubomir Tupta vurublar.

    Xallarını 15-ə çatdıran Bakı klubu turnir cədvəlinin ilk pilləsinə yüksəlib. Ev sahibləri isə 4 xalla 8-ci sıradadır.

    Qeyd edək ki, bu qarşılaşma “Neftçi”nin Azərbaycan çempionatları tarixində 1000-ci oyunu olub.



    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ