Sizin reklam burada
Sizin reklam burada
  • Premyer Liqa: "Qarabağ" "Şəfa"nı məğlub edib


    Futbol üzrə Azərbaycan Premyer Liqasında VI tur start götürüb.

    Günün ikinci matçında "Qarabağ" Tofiq Bəhramov adına Respublika Stadionunda "Şəfa" ilə qarşılaşıb. Görüş Ağdam klubunun 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

    Yeganə qolu 61-ci dəqiqədə penaltidən Marko Yankoviç vurub.

    Xallarını 13-ə çatdıran "köhlən atlar" ikinci pilləyə yüksəlib. Bakı klubu isə 3 xalla 10-cu pillədə qalıb.

    Günün ilk matçında “Neftçi” səfərdə “Qəbələ”ni 3:0 hesabı ilə üstələyib.


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ