![]()
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında V tura start veriləcək.
İlk oyun günündə bir qarşılaşma keçiriləcək. "İmişli" Yevlax şəhər stadionunda "Neftçi"ni qəbul edəcək. Saat 16:30-da start götürəcək görüşdə ədaləti baş hakim Kamranbəy Rəhimov qoruyacaq.
Hazırda Bakı klubu 9 xalla turnir cədvəlinə başçılıq edir. 4 xala malik bölgə təmsilçisi isə 8-ci sırada yer alıb.
Qeyd edək ki, V tura sentyabrın 14-də yekun vurulacaq.
