Sizin reklam burada
Sizin reklam burada
  • Neymarın komandası Braziliya kuboku ilə vidalaşdı


    “Palmeyras” Braziliya Kubokunun 1/4 final mərhələsinin cavab oyununda “Santos”la qarşılaşıb.

     San-Pauludakı “Vila Belmiro” stadionunda keçirilən görüş qolsuz heç-heçə ilə başa çatıb.

    Braziliya millisinin hücumçusu Neymar “Santos”un start heyətində meydana çıxıb. Futbolçu fasilədə əvəzlənib.

    Komandalar arasında ilk oyun “Palmeyras”ın 3:0 hesablı qələbəsi ilə başa çatıb. Beləliklə, iki oyunun nəticəsinə əsasən 3:0 hesabı ilə qalib gələn “Palmeyras” turnirin yarımfinalına yüksəlib.

    Qeyd edək ki, “Palmeyras” yarımfinalda “Vasko da Qama” ilə qarşılaşacaq.


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ