Sizin reklam burada
Sizin reklam burada
  • Azərbaycan ağırlıqqaldıranı 3 il müddətinə cəzalandırılıb


    Azərbaycanlı ağırlıqqaldıran Fazilə İmanova antidopinq qaydalarını pozduğu üçün 3 il müddətinə diskvalifikasiya edilib.

    Milli Antidopinq Agentliyindən bildirilib ki, idmançının nümunəsində qadağan edilmiş anabolik androgenik steroidlər qrupuna daxil olan metribolon maddəsi aşkarlanıb.

    Fazilə İmanovaya tətbiq olunan sanksiya 15 may 2026-cı ildən qüvvəyə minib və 14 may 2029-cu ildə başa çatacaq.


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ