Sizin reklam burada
Sizin reklam burada
  • Azərbaycan güləşçiləri xatirə turnirinin ilk günündə 4 medal qazanıblar

    Türkiyənin Kocaeli şəhərində güləş üzrə Hasan Gemici və Qazanfer Bilgenin xatirə turnirinə start verilib.

    Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, ilk yarış günündə sərbəst güləşdə 57, 70, 86 və 125, yunan-Roma güləşində isə 55, 67, 82 və 130 kiloqramda qaliblər müəyyənləşib.

    Ənənəvi turnirdə Azərbaycanın 4 təmsilçisi fəxri kürsüyə qalxıb. Sərbəst güləşdə Xetaq Karsanov (125 kiloqram) gümüş, Ramik Heybətov (70 kiloqram) isə bürünc medal qazanıb.

    Yunan-Roma güləşində isə 130 kiloqramda yer alan milli üzvləri ilk “3-lük”də yer alıblar. Sərxan Məmmədov gümüş, Beka Kandelaki isə bürünc medala sahib çıxıb.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ