Sizin reklam burada
Sizin reklam burada
  • Ana dili ana haqqıdır

    Rəşad Mahmudov
    Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini,
    millət vəkili

    Azərbaycan dili sadəcə ünsiyyət vasitəsi deyil. O, xalqımızın ruhu, tarixi yaddaşı və milli kimliyidir. Beşik başında ana laylası ilə könlümüzə hopan bu müqəddəs dil bizi bir millət edən ən güclü mənəvi bağdır.

    Azərbaycan əlifbası və Azərbaycan Dili Günü bizə bir daha xatırladır ki, ana dilini qorumaq təkcə dilə yox, millətə, tarixə və gələcəyə sahib çıxmaqdır.

    Çünki ana dili ana haqqıdır. Ana haqqı isə hər zaman ən müqəddəs dəyərdir.

    Haqqımız sənə halal olsun, Ana Vətən! Sənin nəfəsin olan Azərbaycan dili yaşadıqca, milli ruhumuz da əbədi yaşayacaq. Onu qorumaq, sevmək və gələcək nəsillərə ötürmək sənə olan sevgimizin ən müqəddəs ifadəsidir.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ