Sizin reklam burada
Sizin reklam burada
  • Azərbaycan güləşçisi dünya çempionatının finalında

    Bakıda keçirilən güləş üzrə U-17 dünya çempionatı sona yaxınlaşır.

    Milli Gimnastika Arenasında təşkil edilən yarışın altıncı günündə sərbəst güləş üzrə 45, 51, 60, 71 və 92 kq-da mübarizəyə start verilib.

    Tunar Həsənov (45 kq) bolqarıstanlı Radoslav Velikovu (4:1) mübarizədən kənarlaşdırsa da, 1/4 finalda gürcüstanlı Luka Dotiaşviliyə minimal fərqlə (4:5) məğlub olub.

    Hüseyn Rzazadə (48 kq) ilk təsəlliverici görüşdə hindistanlı Amirali Faza (9:6) qalib gəlsə də, ikinci təsəlliverici qarşılaşmada amerikalı Kuper Coşua Deputiyə (1:12) məğlub olub.

    İbrahim Həsənov (51 kq) debütdə gürcüstanlı Giorgi Narimanidzeyi (4:2) üstələyib. Güləşçimiz 1/4 finalda hindistanlı Qovind Qovində heç bir şans tanımayıb – 10:3. İ.Həsənov yarımfinalda isə rusiyalı İslam Kuraxmayevə 10:6 hesabıyla qalib gəlib. İbrahim sabah finalda iranlı Benyamin Mayvanla qarşılaşacaq.

    Elcan Həsənov (60 kq) startda polşalı Vitold Pavlikə, Tunar Quliyev (71 kq) isə qazaxıstanlı Adilet Rısbaya 2:3 hesabıyla məğlub olub. Elgün Kərimli (92 kq) isə hindistanlı Sakşam Fnuyla görüşdə sonuncu xal prinsipinə əsasən (5:5) xalçanı məyus tərk edib.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ