İlkin məlumata görə, hadisə nəticəsində 3 nəfər həlak olub, 17-si xəsarət alıb. Yaralananlardan bir neçəsinin vəziyyətinin ağır olduğu bildirilir.
Bildirildiyinə görə, partlayış zamanı restoranda təxminən 50 nəfərin iştirak etdiyi qapalı məclis keçirilirmiş.
Hadisəyə ilkin səbəb kimi qaz avadanlığındakı nasazlıq göstərilir.
Partlayış yerində istintaq qrupu işləyir.
