Azərbaycan mədəniyyətinə və ədəbiyyatına ağır itki üz verib. Görkəmli şair, dramaturq, Azərbaycanın Xalq şairi Nəriman Həsənzadə ömrünün 95-ci ilində dünyasını dəyişib.Nəriman Həsənzadə Azərbaycan poeziyasında özünəməxsus dəst-xətti, dərin məzmunlu əsərləri və zəngin yaradıcılığı ilə seçilən böyük sənətkarlardan biri idi. Onun milli ədəbiyyatımızın inkişafında göstərdiyi xidmətlər və yaratdığı qiymətli irs xalqımızın yaddaşında daim yaşayacaq.
Tovuz Xeyriyyə Cəmiyyəti görkəmli şairin vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə, yaxınlarına, dostlarına və bütün Azərbaycan ədəbi ictimaiyyətinə dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin, məkanı cənnət olsun.
Çingiz Abbasov
Tovuz Xeyriyyə Cəmiyyətinin sədr müavini
