Sizin reklam burada
Sizin reklam burada
  • Mikel Oyarsabal İspaniya millisinin tarixinə düşüb

    ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında finala yüksələn İspaniya millisinin hücumçusu Mikel Oyarsabal yığmanın tarixinə düşüb.

    Fransa ilə yarımfinal görüşündə penaltidən fərqlənən 28 yaşlı futbolçu milli komandanın heyətində son 20 oyunda 18-ci qolunu vurub.

    Bu qol Oyarsabal üçün yığmada ümumilikdə 30-cu olub. Bununla da “Real Sosyedad”ın forvardı yığmanın tarixində 30 və ya daha çox qol vuran altıncı futbolçu adına sahib çıxıb. Ondan əvvəl bu göstəriciyə David Silva (35), Alvaro Morata (37), Fernando Torres (38), Raul Qonsales (44) və David Vilya (59) nail olublar.

    Qeyd edək ki, ötən gecə yarımfinalın ilk görüşündə İspaniya millisi Fransanı 2:0 hesabı ilə məğlub edərək finala vəsiqə qazanıb.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ