Sizin reklam burada
Sizin reklam burada
  • Ronaldodan ANTİREKORD

    Portuqaliya millisinin mərkəzi hücumçusu Kriştiano Ronaldo 2024-cü il Avropa çempionatının 1/8 final mərhələsində Sloveniya yığması ilə matçda iştirak edib.
    39 yaşlı hücumçu əlavə vaxtda penalti zərbəsini yerinə yetirə bilməyib. Hücumçunun zərbəsini Yan Oblak dəf edib.
    Kristiano 2022-ci ilin fevralından sonra ilk dəfə penalti buraxıb.
    Ronaldo 21-ci əsrdə əsas milli komanda turnirlərində 3 penalti zərbəsini qaçıran ilk avropalı olub. O, AVRO-2016-da Avstriya, DÇ-2018-də isə İran millisi ilə matçlarda penaltini qaçırıb.
    Qeyd edək ki, Portuqaliya millisi Sloveniyanı penaltilər seriyasında məğlub edib. Roberto Martinezin komandası 1/4 finalda Fransa ilə qarşılaşacaq.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ