Sizin reklam burada
Sizin reklam burada
  • Taekvandoçumuz bürünc medal qazanıb

    Atributinfo.az xəbər verir ki, Rusiyanın Yekaterinburq şəhərində keçirilən Beynəlxalq Universitet İdman Festivalında taekvandoçumuz Adil Eyvazov (58 kq) Rusiya təmsilçisi Vladimir Mysov ilə qarşılaşıb.
    İdmançımız rəqibinə 2:0 hesabı ilə məğlub olub. Bununla da A.Eyvazov bürünc medal əldə edib.
    Qeyd edək ki, avqustun 31-dək davam edəcək Beynəlxalq Universitet İdman Festivalı Yekaterinburq şəhərinin 300 illik yubileyinə həsr edilib. 36 ölkədən müxtəlif universitetlərin tələbələri 14 idman növündə qüvvələrini sınayırlar.
    Festivalda Azərbaycanı 10 təhsil ocağından 54-ü kişi 15-i qadın olmaqla 69 idmançı təmsil edir. Təmsilçilərimiz 8 idman növündə - badminton, stolüstü tennis, boks, güləş, taekvondo, futzal, üzgüçülük, sambo üzrə yarışırlar.

    /atributinfo.az/

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ