Sizin reklam burada
Sizin reklam burada
  • Azərbaycanın U-21 yığması yoldaşlıq oyununda qələbəni əldən verib

    Azərbaycanın U-21 yığması yoldaşlıq oyununda qələbəni əldən verib Atributinfo.az xəbər verir ki, Bakıdakı təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi yoldaşlıq oyunu keçirib.
    Samir Əliyevin baş məşqçi olduğu komanda Qırğızıstanın U-23 yığması ilə qarşılaşıb.
    "Dalğa Arena" oynanılan görüşdə qalib müəyyənləşməyib - 1:1.
    Hesabı 61-ci dəqiqədə Murad Vəliyev açıb. Lakin qonaqlar 79-cu dəqiqədə Mirlan Berberdinovun qolu ilə məğlubiyyətdən qaçıblar.
    Qeyd edək ki, Azərbaycanın U-21 yığması daha əvvəl türkiyəli həmyaşıdlarına 0:1 hesabı ilə uduzub.

    /atributinfo.az/

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ