Sizin reklam burada
Sizin reklam burada
  • Hacıqabulda yol qəzası olub, ölənlər və yaralılar var


    Hacıqabul rayonunda minik avtomobilinin aşması ilə nəticələnən nəqliyyat hadisəsi baş verib.

    Hadisə səhər saatlarında Bakı-Qazax avtomobil yolunun Hacıqabul ərazisindən keçən hissəsində qeydə alınıb. Minik avtomobilinin idarəetmədən çıxaraq yolun kənarına aşması nəticəsində 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

    Faktla bağlı araşdırma aparılır.


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ