Hadisə İmişli şəhər Mikayıl Müşfiq küçəsində qeydə alınıb. Quliyev Xəlil Akif oğlunun idarə etdiyi "Mercedes" markalı minik avtomobili hasara çırpılıb və aşıb. Hadisə nəticəsində sürücü ölüb, avtomobildə olan 6 yaşlı oğlu Quliyev Akif isə xəsarət alaraq İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
