FHN-dən verilən xəbərə görə, rayonun M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən fərdi yaşayış evində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
17:04
Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində fərdi yaşayış evi yanır.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə ilkin məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.
Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.
Əlavə məlumat veriləcək.
/atributinfo.az/
