Sizin reklam burada
Sizin reklam burada
  • Metroda halı pisləşən sərnişin vəfat edib

    Atributinfo.az xəbər verir ki, Bakı metropoliteninin əməkdaşı metroda vəfat edib.
    Bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədov bildirib.
    “Elmlər Akademiyası” stansiyası istiqamətində “Dərnəgül-Həzi Aslanov” marşrutu ilə hərəkət edən qatarın maşinistinə bir sərnişinin özünü pis hiss etməsi barədə məlumat daxil olub. Dərhal müvafiq tədbirlər görülüb, o cümlədən təcili tibbi yardım xidməti dəvət edilib, sərnişin stansiyada düşürülüb, ilkin yardım göstərilib”, - B. Məmmədov qeyd edib.
    Onun sözlərinə görə, tibbi yardım xidməti gələnə qədər sərnişin dünyasını dəyişib:
    “Vəfat edən sərnişin Bakı metropoliteninin Tunel qurğuları xidmətinin əməkdaşı Kamil Zeynalov olub”.

    /atributinfo.az/

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ