Yasamalda çoxmərtəbəli yaşayış binasında yanğın olub
Hadisə
1-05-2023, 11:02
176
Bakı şəhərinin Yasamal rayonunda doqquzmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 70 m² olan 2 otaqlı mənzilin mətbəxində 1 ədəd qabyuyan maşın yanıb. Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb