Sizin reklam burada
Sizin reklam burada

Vilyam Hacıyevin məkəməsində baş mühasibin qeyd dəftəri də sənədlər siyahısına salınıb

Vilyam Hacıyevin məkəməsində baş mühasibin qeyd dəftəri də sənədlər siyahısına salınıb Bakı Ağır Cinayətlər Məhkəməsində İmişli rayonunun sabiq icra başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə sənədlərin tədqiqi mərhələsi davam etdirilib.
V. Hacıyevin vəkili ittiham tərəfinin sübut hesab etdiyi sənədlərin məhkəmədə elan olunmasını istəyib.
Prosesdə iş üzrə baxış protokolları ilə yanaşı İmişli rayon icra hakimiyyətinin baş mühasibi Cəmil Musayevin qeyd dəftəri də elan edilib. Qeyd dəftərində vətəndaşlardan alınan məbləğlər öz əksini tapıb.
Baş mühasibin qeyd dəftərinin məhkəmədə rəsmi sənəd kimi qəbul olunmasına etiraz edən vəkil bildirib ki, C.Musayev vəzifəli şəxs olub, onun kiminləsə əlaqəsinin müdafiə etdiyi şəxsə heç bir aidiyyatı yoxdur.
“2017-ci ildən etibarən özü qeydlər aparıb. Onun təqdim etdiyi qeyd dəftəri rəsmi sənəd ola bilməz. Sənədin altında möhür, imza olur. Düzgün adam idisə, qanunsuz işlər aparılması ilə bağlı vaxtında hüquq mühafizə orqanlarına müraciət edərdi. İstintaq orqanı bu adam haqqında tədbir görmür”,- vəkil bildirib.
Vəkil bildirib ki, baş mühasib pulları özü alıb və bundan Vilyam Hacıyevin xəbəri yoxdur: ”Bu adamın evində axtarış aparılmayıb, pulları hara qoyması araşdırılmayıb”.
Xatırladaq ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla saxlanılıb.
Sabiq icra başçısı Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) 313-cü (vəzifə saxtakarlığı) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə ittiham olunur.
Xatırladaq ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla saxlanılıb.
İstintaq orqanı tərəfindən toplanmış materiallarla sabiq icra başçısı barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) 313-cü (vəzifə saxtakarlığı) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə yekun ittiham elan olunub.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ