Sizin reklam burada
Sizin reklam burada
  • Ukrayna, ABŞ və Avropa nümayəndələri münaqişənin tənzimlənməsini müzakirə ediblər



    Ukrayna danışıqlar qrupu ABŞ və Avropadan olan nümayəndələrlə görüş keçirib. Görüşdə ABŞ Prezidentinin nümayəndələri Stiv Uitkoff və Cared Kuşner iştirak ediblər.

    Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sosial media hesablarında açıqlama verib.

    Dövlət başçısı qeyd edib ki, danışıqlar qrupları - Ukrayna, Amerika və Avropa - arasında komanda səviyyəsində daha bir görüş keçirilib.

    "Diplomatik proseslər fəal şəkildə davam edir və ümid edirik ki, bu, boşa getməyəcək", - deyə Zelenski əlavə edib.

    Prezident vurğulayıb ki, Ukrayna qrupu mümkün qədər konstruktiv işləyir və əlavə edib ki, ölkəyə müharibənin ədalətli başa çatması və təhlükəsizliyin təmin edilməsi lazımdır.

    Bundan əlavə, görüşdə Avropa ilk dəfə olaraq Rusiya ilə danışıqlarda onu təmsil edəcək şəxslər tərəfindən tam şəkildə təmsil olunub.

    "Bunlar Fransa, Almaniya, Böyük Britaniya, İtaliya, Polşa, Avropa Komissiyası və Avropa İttifaqının nümayəndələri və NATO nümayəndəsidir. Söhbət çətin keçdi, amma nəticə var. "Biz "Könüllülər Koalisiyası"nın bir hissəsi olaraq Berlində görüşəcək və danışıqlar prosesində konkret birgə addımlar hazırlayacağıq", - deyə Prezident bildirib.


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ