Sizin reklam burada
Sizin reklam burada
  • Qazaxıstanın Müdafiə Nazirliyində kompleks yoxlama aparmaq üçün komissiya yaradılıb

    Qazaxıstanın Müdafiə Nazirliyində işlərin vəziyyəti, o cümlədən hərbi bölmələrin maliyyə və maddi-texniki təminatı kompleks şəkildə yoxlanılacaq.

    Bununla bağlı komissiyanın yaradılması barədə sərəncamı Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev imzalayıb.

    Komissiyaya Qazaxıstan Təhlükəsizlik Şurası sədrinin müavini Aida Balayeva rəhbərlik edir. Komissiya sədrinin müavini vəzifəsinə Ali Audit Palatasının sədri Əlixan Smayılov təyin edilib.

    Komissiyaya görülən işlərin ilkin nəticələri barədə yeddi gün müddətində məruzə etmək tapşırılıb.




    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ