Sizin reklam burada
Sizin reklam burada
  • Mənim üçün isə bu tarixin acısı 16 il əvvəldən başlamışdı…

    Bu gün 2020-ci ildən etibarən Azərbaycanın möhtəşəm Qələbəsi ilə yekunlaşan 44 günlük Vətən müharibəsində canlarından keçən qəhrəman övladlarımızın xatirəsinə Anım Günü kimi qeyd edilir.

    Mən də bu Vətənin bir qızı kimi daim ruhları qarşısında borclu olduğumuz müqəddəs şəhidlərimizə Ulu Tanrıdan rəhmət diləyir, onların qarşısında baş əyirəm!


    Mənim üçün isə bu tarixin acısı 16 il əvvəldən başlamışdı…


    27 sentyabr 2010-cu il — ömrümün ən ağrılı, ən dəhşətli günü. Bu tarix mənim qəhrəmanımı — Atamı, həyatımın ən əziz insanı Nəcəfov Azər Niyazi oğlunu məndən aldı.


    Atacan! Mənə bəxş etdiyin həyata, verdiyin dəyərə və sərhədsiz məhəbbətə görə sənə hər an minnətdaram. Sən daim mənimləsən…


    Yerin cənnət olsun ! 


    Süd gölündə uyu!



    Firəngiz Nəcəfova

    Dövlət Qulluğunun baş müşaviri, filoloq


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ