Yaponiya 2036-cı ilin yazına qədər ölkənin süni peyklərini potensial düşmənlərin “qatil peyklərindən” qorumaq məqsədilə altı döyüş peykindən ibarət qrup yaratmağı planlaşdırır.
Bu barədə “Yomiuri” qəzeti hökumət mənbələrinə istinadla məlumat yayıb.
Bildirilir ki, “mühafizəçi peyklər” Yaponiyanın peyklərinin ətrafındakı vəziyyəti izləyəcək və potensial “qatil peyklərin” onlara yaxınlaşmasının qarşısını alacaq.
İlk eksperimental peykin 2028-ci maliyyə ilində, yəni 2029-cu il martınadək orbitə buraxılması, altı peykdən ibarət qrupun isə 2033-cü maliyyə ilindən etibarən yaradılması nəzərdə tutulur.
