Sizin reklam burada
Sizin reklam burada
  • Qara dənizdə Rusiyanın 20 gəmisi vurulub

    Ukrayna Pilotsuz Sistemlər Qüvvələri (UPSQ) Rusiya donanmasına qarşı zərbələrinin coğrafiyasını genişləndirib, Azov dənizindən sonra Qara dənizdəki Rusiya gəmilərini hədəfə alıb.

    Bu barədə Ukrayna Pilotsuz Sistemlər Qüvvələrinin komandanı Robert “Madyar” Brovdinin “Telegram” kanalında paylaşımına istinadla xəbər verilir.

    Brovdi Rusiya donanmasına qarşı dəniz əməliyyatının son mərhələsini ümumiləşdirib. Onun sözlərinə görə, Azov dənizindəki ilkin mərhələ artıq başa çatıb və indi növbə Qara dənizindir.

    “Azov dənizində Rusiya “kölgə donanmasının” 116 gəmisi ilə bağlı dəniz döyüşünün ilk mərhələsi başa çatıb. İndi növbədə Qara dənizdir. Bu gün 20 gəmi - 17 neft tankeri, iki qaz tankeri və bir yedək gəmisi vurulub. Rəsmi hesabat daha sonra video sübutlarla birlikdə təqdim ediləcək”, -deyə Brovdi yazıb.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ