Bu barədə "Variety" yazıb.
2020-ci ildə Nyu Yorkda keçirilən ilk məhkəmə prosesində Vaynşteyn zorlama və məcburi oral seks ittihamı ilə 23 il həbs cəzasına məhkum edilib.
Cümə axşamı Los-Anceles məhkəməsi Vaynşteyn-ə qarşı yeni hökm çıxarıb. İşdə "Jane Doe" kimi tanınan qadının zorlanması ilə bağlı bütün ittihamlar yer alıb. Qəzet yazır ki, söhbət Avropa ölkələrindən birinin modelindən gedir.
Media qeyd edir ki, hökmün verilməsi praktiki olaraq 70 yaşlı Vaynşteynin ömrünün qalan hissəsini həbsxanada keçirməsi deməkdir.
