Türkiyədə mikroavtobus yük maşını ilə toqquşub, 7 nəfər ölüb
Dünya
1-09-2022, 06:29
364
Türkiyənin Sivas vilayətində mikroavtobus yük maşını ilə toqquşub. Qəza yerli vaxtla saat 00:30 radələrində Kangal rayonunda baş verib. Hadisə yerinə polis, jandarmeriya əməkdaşları, yanğınsöndürən və təcili yardım briqadaları göndərilib. İlkin məlumata görə, qəza nəticəsində 7 nəfər ölüb, 10 nəfər xəsarət alıb.