Hacıxanım Aygün Hüseyn mükəmməl ictimai fəal, təbliğatçı, təşviqatçı, novator olmaqla yanaşı, Vətənə, xalqa, dövlətə qəlbən bağlı gözəl şairə, imanlı insan, layiqli dostdur. Onun şeirləri ölkəmizin hüdudlarından kənarda da, İranda, İraqda, Türkiyədə yetərincə təbliğ olunur və sevilir. Sivas Yazarlar Birliyinin Azərbaycan təmsilçisidir. AYB-nin üzvüdür. Bir çox şeirlərinə musiqilər yazılıb və sevilən müğənnilər tərəfindən oxunmaqdadı. Belə xanımlara Azərbaycan cəmiyyətinin böyük ehtiyacı var.
Hacıxanım, bu gün sizin dünyaya göz açdığınız əlamətdar günunüzdür. Doğum gününüz mübarək. Yeni yaşınızın uğurlu, düşərli, yaradıcı və sağlıqlı olması arzusu ilə sizi ürəkdən təbrik edirəm!
Bəradər Səməndərli
"Atributinfo.az"ın baş redaktoru
