Sizin reklam burada
Sizin reklam burada
  • Şəhid Rəsulzadə Təbrizin xatirəsi ehtiramla yad edilib

    Dünən - 28 sentyabr 2026-cı il tarixdə YAP Qax Rayon təşkilatının sədri Natiq Allahverdiyevin başçılığı ilə Cəlayir kəndində şəhidimiz Rəsulzadə Təbrizin  xatirəsi ehtiramla yad edilib.


    "Atributinfo.az" xəbər verir ki, Rəsulzadə Təbriz Əfrayim oğlu 05.02.1993-cü ildə Qax rayonunun Cəlayir kəndində anadan olmuşdur. Calayir kənd tam orta məktəbinin 9-cu sinfini  2008-ci ildə bitirmiş, həmin il Cəmşid Naxçıvanski  adına Azərbaycan Ali Hərbi Liseyinə daxil olmuşdur.  2011-ci ildə həmin  liseyi bitirmiş və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi məktəbinə daxil olmuşdur. 2015-ci ildə hərbi məktəbi bitirmiş və N saylı hərbi hissədə zabit kimi xidmətə başlamışdır. Vətən müharibəsində Tərtər isdiqamətində gedən döyüşlərdə qəhramancasına şəhid olmuşdur. Xidməti dövründə "Azərbaycan Ordusunun  100 illiyi (1918-2018) " yubiley medalı və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” və “Cəsur döyüşçü” medalları ilə təltif olunmuşdur. 28.09.2020-ci ildə Qax rayonunun Cəlayir kəndində dəfn olunmuşdur. Allah şəhidlərimizə rəhmət eləsin.


    Bəradər,

    Zahir 

    "Atributinfo.az"



    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ