Sizin reklam burada
Sizin reklam burada
  • Vətən səninlə fəxr edir cənab polkovnik!

     Polkovnik Məmmədov Tahir Yaqub oğlu birinci Qarabağ müharibəsində qəhrəmanlıq göstərən zabitlərimizdəndir. Bu insan torpaqlarımızın azadlığı uğrunda azğın ermənilərə qarşı fədakarcasına döyüşmüş, yaralı döyüşçüləri döyüş meydanından çıxarmış, ön cəbhədə cəsur komandir kimi xidmət etmişdir.

    T. Məmmədov həmçinin aprel döyüşlərində iştirak edib, torpaqlarımızın azad olunmasında böyük şücaət göstərmiş, ardınca isə  44 günlük Vətən müharibəsində iştirak etmiş, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasında müstəsna xidmətlər göstərib. Qəhrəman polkovnik dəfələrlə Cənab Prezident tərəfindən müxtəlif medallarla təltif olunmuşdur. Vətən səninlə fəxr edir cənab polkovnik! Yaşarın Azərbaycan, Qarabağ Azərbaycandır!

    İlham Şəbiyev 

    Vətən müharibəsi iştirakçısı, qazi


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ