Sizin reklam burada
Sizin reklam burada
  • Üç dostin ad gününə (İthaf)

    Altımış üç tamamdır, yüz yaşayın qardaşım,

    Ay mənim əzizlərim, mənim sinif yoldaşım.

     Siz olmusuz həmişə mənim yaxın sirdaşım,

     Bu dostluğun şəninə gözəl sağlıqlarlar deyək;

     Əsaləddin, Əlheydər, ad gününüz mübarək.


    Yığışmışıq sizlərə xoş arzular söyləyək,

     Adilin doğum günün xüsusilə qeyd edək.

     Yiyək-içək, şənlənək, uzun ömür diləyək, 

    Atalarımız demişdir, dost dostuyla tən gərək,

     Dünyaya xoş gəlmisiz, ad gününüz mübarək.


    Bu cür gözəl məkanda, diləyiniz çin olsun,

     Nə qədər ki, varsınız, toy olsun, düyün olsun. 

    Dəvət edək dostları, bu məclisə, buyursun,

     Bax, həmişə mehriban, sağlam-gümrah görüşək, 

    Sizi təbrik edirəm, ad gününüz mübarək.


    Sizə, hədiyyəmiz var, Abı təqdim eyləsin,

     Allah özü qorusun, qardaşların beləsin.

     Atamoğlan, Elimxan, Mehdi də sözün desin,

    O, gün olsun qardaşlar, doxsan yaşınızı görək, 

    Badə qaldırıb deyim; ad gününüz mübarək!


    Qoy, səs salsın hər yana, Ənvərin zənguləsi, 

     Dağları silkələsin, Əlyarın o, gur səsi.

     Sanbalıyla bu məclis, məst eləyir hər kəsi,

    Bütün dostlar yığışsın, bir stolda əyləşək,

     Bu gün doğum günüz; ad gününüz mübarək.


    Μehdi Ηeybətli

    26.09.2026-cı il.


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ