Sizin reklam burada
Sizin reklam burada
  • Sənət dünyasının nəbzi: “Mikayılla 5 Gün”də

    “Mikayılla 5 Gün” verilişi bu dəfə də maraqlı qonaqları ilə tamaşaçıların qarşısına çıxıb. 

    Verilişin qonaqları arasında tanınmış sənətçi Zahidə Günəş, aşıq sənətinin nümayəndəsi Şəhriyar, həmçinin Emin Məmmədov  və Əlizadə Malasov yer alıb.

    Veriliş boyunca qonaqlarla sənət yolu, yaradıcılıq fəaliyyəti və maraqlı həyat məqamları ətrafında söhbətlər aparılıb. Səmimi söhbət, musiqi və rəngarəng anlarla yadda qalan buraxılış tamaşaçılara xoş ovqat bəxş  edib. 

    “Mikayılla 5 Gün”ün aparıcısı  Mikayıl qonaqları ilə maraqlı mövzular ətrafında söhbətləşərək onların yaradıcılığı və sənət dünyasına nəzər salıb.


    “Mikayılla 5 Gün” — sənətin, musiqinin və səmimi söhbətlərin ünvanı.


    Aybəniz ABDULOVA,

    AJB-nin üzvü, araşdırmaçı jurnalist, 

    "Mikayılla 5 Gün" verilişinin koordinatoru




    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ