![]()
Dünən növbəti buraxılışımızı böyük maraq və xoş ovqatla ərsəyə gətirdik.
Aparıcımız Mikayılın təqdimatında istedadlı tar ifaçısı Göyçə Ömürlü ilə sənət və musiqi haqqında səmimi söhbət etdik.
Verilişimizin qonaqları olan müğənnilər Seymur Məmmədov, Elvin Əhməd və Göyçə gözəl canlı ifaları ilə proqramımıza xüsusi rəng qatdılar.
Göyçə xanımın balaca tələbələrinin çıxışları isə verilişimizə xüsusi sevinc və rəng qatdı. Onların ifasında milli musiqimizin gözəl nümunələrini dinləmək çox xoş oldu.
Tarın ecazkar sədaları, canlı musiqi, maraqlı söhbətlər, balaca istedadların çıxışları və xoş anlarla yadda qalan bir buraxılış oldu.
Əməyi keçən hər kəsə təşəkkür edirik!
Növbəti buraxılışda görüşənədək!
