Tədbir iştirakçılarını salamlayan YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev bildirib ki, sərgidə “Bakı şəhəri 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi” Publik Hüquqi şəxsin dərnək üzvlərinin 21 rəsm əsəri və 6 əl işi nümayiş olunur. O, qeyd edib ki, belə sərgilərin keçirilməsi yaradıcı gənclərin aşkar edilməsi və dəstəklənməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Ramil Mirzəyev gənc istedadlarımızı qarşıdan gələn Novruz bayramı münasibəti ilə təbrik edərək onlara gələcək fəaliyyətlərində daha böyük uğurlar arzu edib.
Rəsm sərgisində iştirak edən məktəblilərin fəallıqlarını təqdirəlayiq hesab edən Xətai Rayon İcra Hakimiyyətinin şöbə müdiri Anar Tağızadə əsas məqsədin uşaqların dünyaya baxışlarını, rəng duyumlarını, milli-mənəvi dəyərlərlə bağlı düşüncələrini ortaya qoymağa şərait yaratmaq olduğunu vurğulayıb.
“Bakı şəhəri 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi” PHŞ-nin direktoru Əminə Musayeva bu cür sərgilərin keçirilməsini alqışladığını bildirib və təşkilatçılara minnətdarlığını ifadə edib.
Sonra qonaqlar sərgi ilə tanış olublar. Şagirdlərin Novruz bayramının gözəlliyinə və baharın zərifliyinə həsr olunan rəsm əsərləri öz orijinallığı ilə sərgi iştirakçılarının diqqəti cəlb edib.
Sonda sərgi iştirakçıları diplomla mükafatlandırılıb.
Hüseynbala Həsən,
“Bakı şəhəri 2 nömrəli UGİM” PHŞ-nin dərnək rəhbəri,
Qabaqcıl təhsil işçisi
