Sizin reklam burada
Sizin reklam burada
  • İLLƏR ÖNCƏ BAŞLAYAN BÖYÜK QAYĞI- NİZAMİ GƏNCƏVİ MƏRKƏZİNİN NÖVBƏTİ UĞUR HEKAYƏSİ...

    Filologiya elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, hörmətli Rafael Huseynov hələ çox kiçik yaşlarından Azərbaycan ədəbiyyatının,mədəniyyətinin, radio və televiziyasının, jurnalistikasının elmi-nəzəri əsaslarla inkişafında, formalaşmasında böyük xidmətləri olan dövlət və ictimai xadimlərimizdən biridir!
    Təsadüfi deyildir ki, Azərbaycan Respublikasının Prezidenti, çox hörmətli, sevimli Prezidentimiz cənab İlham Əliyev akademik Rafael Hüseynovun bu genişşaxəli fəaliyyətini yüksək qiymətləndirərək Onu 2024-cü ildə imzaladığı Sərəncamla "Şərəf" ordeni ilə təltif etmişdir.
    Akademik Rafael Hüseynovun elmi-ədəbi fəaliyyəti Azərbaycan, dünya boyuncadır! Harada Azərbaycan tarixinə,ədəbiyyatına, mədəniyyətinə, milli mənəvi dəyərlərinə xidmətləri olmuş,olan istər Azərbaycan, istərsə də qeyri-Azərbsycan insanı varsa, həmin insanların irsi, fəaliyyəti Rafael müəllimin təfəkkürü, qələmi ilə geniş tədqiqata cəlb edilərək monoqrafiya, kitab, məqalələr formasında müasir insanımız üçün əlçatanlıq qazanmışdır.
    Akademik Rafael Hüseynovun böyük tədqiqatlarında, xidmətlərində heç şübhəsiz ki, Nizami Gəncəvi yurdu olan qədim və müasir Gəncə, Gəncə insanı müstəsna yer tutur.
    Ən qədim dövrlərdən bugünədək Gəncədə yaşayıb-yaratmış dahi, dərin insanlara xidməti Rafael müəllimin monoqrafiyaları,kitabları,sənədli filmləri anlatır.
    Bu böyük qayğı və diqqət bu gün də xəzinə mənası verən Gəncənin gəncləri, xüsusilə AMEA Gəncə Bölməsinin Nizami Gəncəvi Mərkəzinin, ədəbiyyat şöbəsinin əməkdaşları kontekstində davam edir!
    2024-cü ilin sentyabrında Gəncədə keçirilən "Nizami günləri"ndə belə bir fikir səsləndirdi:" Mənim doktorantlarıma verdiyim mövzular özümün işləməyi planlaşdırdığım, sadəcə işlərimin çoxluğundan, zamanın azlığından çatdıra bilmədiyim mövzulardır. Rafael müəllim tələbələrinə təkcə mövzu verməklə kifayətlənən elmi rəhbər, elmi məslətçi deyil, həm də o mövzuları plan və fəsillərə ayırıb, məqalələrini rəsmi jurnallarda təmənnasız çap etdirərək onları Azərbaycan elminə qazandıran böyük elm xadimidir!
    Bu gün elmi işinin müdafiəsinə toplaşdığımız Təranə xanım da bu bəxtiyar gənclərdəndir. Bu gün Təranə xanım və onun əzizləri qədər də Rafael müəllim sevinir. Çünki O hər zaman vurğulayır ki, doktorantlarımın uğurları məni onlar qədər sevindirir: "Bu müdafiə mənimçün də çox əhəmiyyətli idi. Çünki Təranə xanım müdafiə kürsüsünə qalxan növbəti doktorantım idi. Məni fərəhləndirən budur ki, rəhbəri və ya elmi məsləhətçisi olduğum gənc alimlərin sayı durmadan artır. Hər yeni doktorantımla bərabər uğurlu müdafiə sevincini mən də yaşayıram".
    Təranə xanım eyni zamanda böyük müəllimimiz, professor Xəlil Yusiflinin rəhbərliyi altında işləyən, ondan xeyir-dua alan bəxtiyarlardandır. Nizami Gəncəvi Mərkəzinin hər bir əməkdaşının üzərində Xəlil müəllimin böyük haqqı, zəhməti var!
    Akademik Rafael Hüseynov elmi rəhbər olduğu üçün müdafiə iclasının aparılmasını filologiya elmləri doktoru, professor, dəyərli Rahilə Qeybullayevaya həvalə etdi. Rahilə xanımın idarəçiliyi ilə gözəl bir elm bayramı, müdafiə yaşandı. Özünün də qeyd etdiyi kimi elm və bədiiliyin vəhdətində müdafiə olduqca yüksək əhvali-ruhiyyə ilə başa çatdı.
    Bu nüdafiədə rəsmi opponentlər AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Nizamişünaslıq şöbəsinin müdiri AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor Nüşabə Araslı, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Şəxsi arxivlərin tədqiqi şöbəsinin müdiri, filologiya elmləri doktoru, dosent Nailə Səmədova, bir də Nizami Gəncəvi adına Milli
    Azərbaycan Ədəbiyyatı Muzeyinin Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatının tədqiqi və təqdimi şöbəsinin kiçik elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Sevil Məmmədəliyeva idi.
    Həm rəsmi opponentlər, həm də müzakirələrə qatılan professor Cəlil Nağıyev, professor Yaqub Babayev, fəlsəfə doktoru Əlimuxtar Muxtarov, fəlsəfə doktoru Gülnar Əqiq və digərləri Təranə Verdiyevanın araşdırmasını yüksək qiymətləndirdilər.
    Təranə xanım müdafiə prosesində, müzakirədən müdafiəyədək zəhməti olan hər kəsə, Gəncə Bölməsinin sədri, akademik, hörmətli Fuad Əliyevə və BDU-nun professoru, hörmətli Yeganə xanım başda olmaqla hər birinə Nizami Gəncəvi Mərkəzinin əməkdaşları adından minnətdarlığımızı bildirir, onların hər birinin xidmətlərini yüksək qiymətləndiririk!
    Yazımın sonunda bir daha Akademik Rafael Hüseynovun Azərbaycan gənclərinin gənc gələcəklərinə yönələn bu xüsusi xidmətlərinə görə görə dərin minnətdarlığımızı bildirir, uca Allahdan Ona can sağlığı, uzun ömür arzulayırıq!
    Hörmətlə: Əlimuxtar Muxtarov
    AMEA Gəncə Bölməsinin elmi işlər üzrə sədr müavini, filologiya üzrə fəlsəfə dokttoru.
    07 mart, 2024-cü il.
    04:45-də Bakı-Gəncə yolçuluğunda yolda olarkən yazdığım minnətdarlıq yazısı.
    Hər bir əməkdaşımızın, həmkarımızın elm yolunda atdığı addımlarda onların yanında olmaq, maddi-mənəvi dəstək olmaq mənim üçün də əsas həyat prinsiplərindən biridir! Çünki bu həm də xalqımıza, dövlətimizə xidmətdir!
    Sonda bir daha akademik, hörmətli Rafael müəllimi, Təranə xanımı və Nizami Gəncəvi Mərkəzinin bütün əməkdaşlarını təbrik edirəm!

    AMEA Gəncə bölməsinin elmi işlər üzrə sədr müavini,
    Nizamişünas alim

















    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ