VI çağırış Milli Məclisin deputatı
Bu gün 20 sentyabr- Əsrin müqaviləsinin bağlanmasının 30 ili tamam olur.
Bu gün 20 sentyabr- Azərbaycan neftçilərinin peşə bayramı günüdür.
Bu gün 20 sentyabr- Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür.
Bu gün 20 sentyabr- Azərbaycanın Dövlət suverenliyi günüdür.
Bu xronoloji ardıcıllıq cağdaş, müasir Azərbaycan dövlətinin milli dirçəlişinin, inkişafının qısa tarixidir. Əslində bu bayramlar bir-birini tamamlayır və bu günün əhəmiyyətini daha da artırır. Ulu Öndər Heydər Əliyevin memarı olduğu "Əsrin müqaviləsi" Azərbaycanın iqtisadi inkişafını şərtləndirdiyi qədər də ölkəyə siyasi dividentlər gətirdi.
20 sentyabr 2023-cü il: 23 saat və bir necə dəqiqə çəkən antiterror tədbiri "Əsrin müqaviləsinin 29-cu ilində "Əsrin qələbəsi" ilə bitdi.
"Əsrin müqaviləsi"nin 29-cu ilində Separatizmə son qoyaraq, Dövlət Suverenliyimizi təmin edərək, böyük bir işğal dövrünü qələbə ilə bitirərək Qarabağın bərpası, böyük qayıdış və dünyanı narahat edən ən önəmli məsələlərdən olan iqlim dəyişmələrinin müzakirəsi 29-cü COPa ev sahibliyi edərək yeni dövrə start verdik.
Bayramlarınız mübarək!
