Sizin reklam burada
Sizin reklam burada
  • İnsan öz yerində olanda çox gözəl görünür

    Görünür, Göygöl Tanrının diqqətinə layiq məkan olduğu üçün bu yurdun sakinləri zaman-zaman Vətən qarşısında çətin, eyni zamanda, gərəkli sınaqlardan çıxmalı olublar. Bu gün Elvin Paşayev Azərbaycan cəmiyyətində ən çox tanınanlardan, sevilənlərdən, qəbul olunanlardan birinə çevrilib. Bu hər kəsə nəsib olmur. İnsan bəzən dövlət mükafatları alır, amma cəmiyyət onu qəbul etmir. Ancaq, Elvin Paşayev qısa zaman kəsiyində cəmiyyətin düşüncə zirvəsinə qalxa bilib. Bunu səciyyələndirən cəhətlər var. Başlıcası isə budur ki, insan öz yerində olanda çox gözəl görünür. Göygöl Rayon İcra Hakimiyyətinin Başçısı cənab Elvin Paşayevə işlərində uğurlar arzu edirik. İnanırıq ki, onun daima xalqın qeydinə qalmasına çalışması Göygöl rayonunun inkişaf və rifahında böyük rol oynayacaq. Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayevin 41 yaşı tamam olur. Bu gün münasibətilə hörmətli Elvin müəllim, Sizi öz adımdan təbrik edir, sizə uzun ömür, möhkəm can sağlığı, işlərinizdə yeni-yeni uğurlar arzu edirəm.

    Hörmətlə:
    İLKİN MƏMMƏDOV
    Göygöl rayon ziyalısı

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ